070 598 13 33[email protected]B.e.–Cümə 09:00–18:00

Vergi təqvimi

Bəyannamə və ödənişlərin əsas son tarixləri bir yerdə. Gecikmə hər gün 0,1% faiz və maliyyə sanksiyası deməkdir.

Hər ayın 15-dəkaylıq
  • Məcburi dövlət sosial sığorta haqqının ödənişi (keçən ay üzrə)
  • İşsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının ödənişi
Hər ayın 20-dəkaylıq
  • ƏDV bəyannaməsinin təqdimi və ödənişi
  • Ödəmə mənbəyində tutulan vergilərin ödənişi
Rüb bitdikdən sonrakı ayın 15-dəkrüblük · 15 aprel, iyul, oktyabr, yanvar
  • Mənfəət vergisi üzrə cari vergi ödənişi
Rüb bitdikdən sonrakı ayın 20-dəkrüblük · 20 aprel, iyul, oktyabr, yanvar
  • Sadələşdirilmiş vergi bəyannaməsi və ödənişi
  • Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə
  • Ödəmə mənbəyində vergi bəyannaməsi (muzdlu iş xaric)
31 yanvarillik
  • İstehsalçılar üçün xammal və material sərfi normaları barədə məlumat (mikro və kiçik sahibkarlar istisna)
31 martillik
  • Mənfəət vergisi və fərdi sahibkarların gəlir vergisi üzrə illik bəyannamə
  • Hüquqi şəxslərin əmlak vergisi üzrə illik bəyannamə
Son tarix qeyri-iş gününə düşdükdə, növbəti ilk iş günü son tarix sayılır. Təqvim ümumi xarakter daşıyır: sizin vergi rejiminizə və fəaliyyətinizə görə əlavə öhdəliklər ola bilər. Fərdi vergi təqviminizi hazırlamaq üçün bizimlə əlaqə saxlayın.

Son tarixləri biz izləyək

Bəyannamələrinizi vaxtında təqdim edirik, siz cərimə və faizdən qorunursunuz.

WhatsApp-a yazın