Vergi və mühasibatlığınızı etibarlı əllərə verin
Şirkətlərə və sahibkarlara vergi, mühasibat uçotu, kadr işləri və tender sənədləri üzrə tam xidmət göstəririk. Siz biznesinizlə məşğul olun, hesabatlar bizdən.
Biznesiniz üçün nə edirik
Ştatda baş mühasib saxlamaq əvəzinə bu işləri bizə həvalə edin: daha az xərclə, vaxtında və qanunvericiliyə uyğun.
Vergi xidmətləri
Vergi öhdəliklərinizi düzgün hesablayır, bəyannamələri vaxtında təqdim edir və vergi orqanı ilə yazışmaları sizin adınızdan aparırıq.
- Vergi bəyannamələri
- Kameral yoxlama və sorğular
- Vergi rejiminin seçimi
- Vergi planlaması
Mühasibat autsorsinqi
Mühasibatlığınızı ilkin sənəddən maliyyə hesabatına qədər tam olaraq biz aparırıq. Ştatda baş mühasib saxlamağa ehtiyac qalmır.
- Mühasibat uçotunun aparılması
- E-qaimələr və ilkin sənədlər
- Bank və kassa
- Debitor və kreditor nəzarəti
İnsan resursları (HR)
Kadr sənədlərini, əmək müqavilələrini və əmək haqqı hesablamalarını Əmək Məcəlləsinə uyğun aparırıq ki, yoxlamalarda sual yaranmasın.
- Əmək müqavilələri və ƏMAS
- Əmək haqqı hesablanması
- Məzuniyyət və ezamiyyə
- Kadr əmrləri
Tender və satınalma
Dövlət və özəl satınalmalarda iştirakınızı təşkil edirik: portalda qeydiyyatdan təklifin təqdiminə və müqavilənin icrasına qədər.
- Portalda qeydiyyat
- Tender elanlarının seçimi
- Tender sənədləri
- Qiymət təklifi
Kimlərlə işləyirik
Fərdi sahibkardan xarici şirkətin filialına qədər.
Fərdi sahibkarlar
Sadələşdirilmiş vergi, 200 000 manat həddi, kassa və POS uçotu.
Kiçik və orta şirkətlər
Ştatda mühasib saxlamadan tam mühasibat və vergi xidməti.
Yeni bizneslər
Düzgün vergi rejimi seçimi və uçotun ilk gündən qurulması.
Xarici şirkətlər
Azərbaycanda filial və nümayəndəliklər üçün yerli uçot və hesabatlar.
Rəqəmlərinizə peşəkar nəzarət
Şirkətin təsisçisi Araz Hüseynov PMS sertifikatlı peşəkar mühasib, iqtisadiyyat üzrə bakalavr və magistrdir. Vergi və mühasibat sahəsində 5 ildən artıq təcrübəsi var.
Ştatdan sərfəli
Baş mühasibin maaşı, vergisi və iş yeri xərci olmadan peşəkar xidmət.
Vaxtında və dəqiq
Bəyannamələri müddətində təqdim edirik ki, cərimə və faiz yaranmasın.
Qanunvericiliyə uyğun
Vergi Məcəlləsinin dəyişikliklərini izləyir və işinizə dərhal tətbiq edirik.
Məxfilik
Maliyyə məlumatlarınız yalnız sizinlə bizim aramızda qalır.
Üç sadə addım
İlk görüşdən davamlı xidmətə qədər hər şey aydın və şəffafdır.
Pulsuz konsultasiya
Biznesinizi, vergi rejiminizi və ehtiyaclarınızı öyrənirik.
Təklif və müqavilə
İş həcminə uyğun fərdi təklif hazırlayır, müqavilə bağlayırıq.
Davamlı xidmət
Uçotu aparır, hesabatları vaxtında təqdim edir, hər ay sizi məlumatlandırırıq.
Mühasiblər və sahibkarlar üçün Excel faylları
Qanunvericiliyə uyğun hazır faylları pulsuz paylaşırıq. Almaq üçün WhatsApp-a yazın.
Sadələşdirilmiş vergi hesablayıcısı
Bütün dərəcələr, son 12 ay üzrə 200 000 manat həddi, e-qaimə 30% şərti və 2%-ə keçid hüququ bir Excel faylında.
Faylı pulsuz alınEzamiyyə hesablayıcısı
Ölkədaxili və 106 ölkə üzrə normalar, mehmanxanasız günlər, orta əməkhaqqı və normadan artıq ödənişin vergi nəticəsi.
Faylı pulsuz alınVergi qanunvericiliyi sadə dillə
Obyektiniz vergi uçotundadır?
Hər mağaza, ofis və anbar vergi orqanında ayrıca uçotda olmalıdır. Hansı hallarda sanksiya tətbiq olunur?
OxuVergi orqanı sənəd istədi: 10 iş günü
Sənədi gecikdirmək və ya 5 il saxlamamaq 1000 manat sanksiya ilə nəticələnir.
OxuSadələşdirilmiş vergi: 200 000 manat həddi
Son 12 ayın dövriyyəsi necə hesablanır və POS ödənişləri üçün hansı güzəşt var?
OxuEzamiyyə xərcləri: normalar və vergi
Bakı üçün 125 manat, mehmanxanasız günlər, normadan artıq ödənişin vergi nəticəsi.
OxuTez-tez verilən suallar
Mühasibat autsorsinqi nədir?
Şirkətin mühasibat uçotunun, vergi bəyannamələrinin və hesabatlarının ştatda işçi saxlamadan, xidmət müqaviləsi əsasında kənar mütəxəssis tərəfindən aparılmasıdır.
Bakıdan kənarda da xidmət göstərirsiniz?
Bəli. Sənədlərin böyük hissəsi elektron sistemlərdə olduğu üçün bütün Azərbaycan üzrə müştərilərə onlayn xidmət göstəririk.
Xidmətin qiyməti nə qədərdir?
Qiymət əməliyyatların həcmindən, işçi sayından və vergi rejimindən asılıdır. Pulsuz konsultasiyadan sonra fərdi təklif hazırlayırıq.
İşə necə başlaya bilərik?
WhatsApp-a yazın və ya zəng edin. Qısa söhbətdən sonra ehtiyaclarınızı müəyyən edib təklif göndəririk.
Sualınız var? İlk konsultasiya pulsuzdur.
WhatsApp-a yazın, iş günü ərzində cavab veririk.